Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində "Qarabağ Azərbaycandır" adlı konsert proqramı təqdim olundu

18 aprel 2022 | 16:00

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində "Qarabağ Azərbaycandır" adlı konsert proqramı təqdim olundu.  BMM-nin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik  korpusun nümayəndələri, dövlət rəsmiləri, ictimai xadimlər iştirak edirdi.

Tədbir BMM-nin foyesində ilk olaraq Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın "Xarıbülbül" kolleksiyasının təqdimatı ilə başladı. Qarabağa xas milli geyimlərin fonunda Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları "Cəngi", "Uzundərə" və "Yallı" rəqslərini təqdim etdilər.  Konsert hissədə görkəmli xanəndə , Xalq artisti Xan Şuşinskinin "Şuşanın dağları" ifasının sədaları ilə başlanan proqramda Vətən müharibəsində  Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpağımız Qarabağ işğaldan azad edilməsinin tarixi əhəmiyyəti vurğulandı:" Bu gün Qarabağda quruculuq işləri davam edir. Prezident İlham Əliyev 2022-ci ili "Şuşa İli" elan etdi. Mədəniyyət paytaxtımız Şuşa bu il həm də 270 illiyini qeyd edir. Qarabağın baş tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Təməli 1872-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş və bütün Cənubi Qafqazın mədəni və ictimai -siyasi həyatında müstəsna rol oynamışdır" fikirləri səsləndirildi.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək Vətən müharibəsindəki tarixi qələbəmizdən, milli birliyimizdən, Ali Baş Komandan İlham Əliyevin təkrarsız siyasətindən söz açaraq xalqımızım qələbəmizdən qürur və iftixar hissi keçirtdiyini dedi.

Xan Şuşinski Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx maraqla qarşılandı. Videoçarxda fondun beynəlxalq arenada mədəniyyətimizin təbliği sahəsində reallaşdırıdığı layihələr əks olunmuşdu.

Konsertdə BMM-nin solistlərinin ifalarında muğamlar, vokal musiqilər, aşıq sənətimizin nümunələri, klassik əsərlər səsləndi.

Tədbirin final hissəsində Xalq artistləri Nurəddin Mehdixanlı və Ənvər Sadıqovun "Qaytağı" ansamblının vətənpərvərlik ruhlu çıxışları "Qarabağ Azərbaycandır" nidasını sənətin səsi ilə rövnəqləndirdi.

Keçidlər