Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq gənclər "Şuşa ili" çərçivəsində “Heydər zirvəsi”nə qalxmağı bacarmış və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa Rayon İcra Hakimiyyəti Bayrağını dalğalandıraraq müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.
Şuşa şəhərində bu gün "Xarı bülbül" Beynəlxalq Musiqi Festivalı start götürür. Festivalda bir qrup Şuşa rayon ziyalısı iştirak edir. Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlını qürurlandırır. Bu gözəl musiqi bayramı münasibətilə bütün azərbaycan xalqını təbrik edirik.
12 may 2022 –ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa rayon tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara yönəldilməsi istiqamətində zəruri addımlar atılacaq.
Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın dilbər guşəsi, ata - baba yurdumuz, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib. Mayın 5-dən 8-dək keçirilən festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və müxtəlif şəhər və bölgələrdən nümayəndələri iştirak etmişlər
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sakinlərin müraciət və təklifləri dinlədikdən sonra bu müraciətlərin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirdi.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib
Şuşa rayon sakinlərinin müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi olaraq təşkil edilir
Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Xilaskar Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Milli ordumuzun rəşadəti, qəhrəman vətən övladlarının qanı bahasına düşmən işğalından azad edilmiş Şuşamızın yenidən dirçəlişinə şahidlik etməyin hər bir azərbaycanlı üçün nə qədər qürurverici olduğunu bildirdi. Şuşada tədbirlərin keçirilməsi, bərpa-quruculuq işlərinin aparılmasına, azərbaycan tarixinə, mədəniyyətinə göstərdiyi diqqətə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən Bayram Səfərov “Şuşa ili” münasibətilə bütün azərbaycan xalqını təbrik etdi.
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərib bir çoxu yerindəcə həllini tapmış,həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərarə alınıb.
İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm siyasi əhəmiyyəti vardır. Mədəniyyət paytaxtımız Şuşa yenidən böyük tədbirə ev sahibliyi edir. Bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası da vardır.
Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla sinxron təşkil edir. Dinc sakinlərin - uşaq, qadın, qoca demədən hər kəsin vəhşiliklə qətlə yetirilməsi erməni faşizminin xarakterini özündə ehtiva edir
Əziz Şuşada 28 illik erməni işğalı dövründə dağıdılmış tarixi abidələrimizin bərpası işləri davam etməkdədir
Tədbir BMM-nin foyesində ilk olaraq Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın "Xarıbülbül" kolleksiyasının təqdimatı ilə başladı. Qarabağa xas milli geyimlərin fonunda Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları "Cəngi", "Uzundərə" və "Yallı" rəqslərini təqdim etdilər. Konsert hissədə görkəmli xanəndə , Xalq artisti Xan Şuşinskinin "Şuşanın dağları" ifasının sədaları ilə başlanan proqramda Vətən müharibəsində Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpağımız Qarabağ işğaldan azad edilməsinin tarixi əhəmiyyəti vurğulandı
Bu gün Şuşalı Milli Qəhrəman Rizvan Teymurovun anadan olduğu gündür. O, 1991-ci ildə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Dərin hörmət və ehtiramla yad edirik!
Görüş zamanı rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səfər çərçivəsində onlara tarixi-dini abidələrimiz haqqında ətraflı məlumat verilib.Səfər proqramının sonunda şagirdlər Cıdır düzündə İstiqlal marşını səsləndiriblər.
Müşavirə zamanı Şuşa ili” ilə bağlı idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə görüləcək işlər , “Covid-19” pandemiyasının azalmasına baxmayaraq qoruyucu tədbirlərin və peyvəndlənmənin təşkilinə nəzarətin qüvvədə qalması, vətəndaş müraciətlərinə vaxtında, dəqiq, operativ şəkildə baxılması və cavablandırılması, Gigiyena və Epidemiologiya Mərkəzinin yeni dövrdə görəcəyi işlər , şəhid ailələri və qazilərin daim nəzarətdə saxlanılması, vakant iş yerlərinə ilk növbədə şəhid ailələrinin üzvlərinin və qazilərin cəlb edilməsinə əməl edilməsi, ərazi nümayəndəliklərinin onların sosial problemlərini nəzarətdə saxlamaları barəsində geniş müzakirələr aparılmışdır. Müzakirə edilən məsələlərin həlli ilə bağlı idarə,müəssisə rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.
O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edir, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapır. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq etmişdi.
Qəbula gələn Şuşa rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlərin həlli olunması üçün müvafiq göstərişlərini vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar keçirilən müsabiqə Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib. Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib