Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

 Ümumi məlumat

Ümumdünya Poçt İttifaqının yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq Poçt Konqresində imzalanıb. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunub. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.

Azərbaycanda yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi qədim zamanlardan bəri mövcuddur. Lakin Poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Həmin ildə Azərbaycan Səfəvi dövlətinin başçısı, görkəmli sərkərdə Şah İsmayıl Xətai ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək, onun ərazisini yadelli işğalçılardan qorumaq, həmçinin möhkəm dövlət idarəetmə sistemini yaratmaq məqsədilə ölkənin ucqar vilayətlərindən və xarici ölkələrdən məlumatlar toplamaq üçün müntəzəm fəaliyyət göstərən Poçt rabitəsi yaratmışdı.

Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1930-cu ildə Şuşa və Şamaxı şəhərlərində 1-ci dərəcəli poçt kontorları yaradılmışdı. Bununla da Azərbaycanda poçt kontorları şəbəkəsi meydana gəlmişdir.

Şuşa şəhərinin erməni işğalından sonra rayonun mükəmməl poçt sistemi də dağıdılmış, işçilər cüzi dövlət yadımının ümidinə qalmışdılar.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və göstərişi ilə şuşalı məcburi köçkünlərin bir qismi Ramanada salınmış yeni müasir qəsəbədə hər şəraiti olan evlərə köçürülmüş, qəsəbə əhalisinə keyfiyyətli poçt xidmətləri göstərmək məqsədilə 2007-ci ildə Rabitə Qovşağının binası da tikilərək istifadəyə verilmişdir. Şuşa rayon Rabitə Qovşağı öz işini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Şuşa Rayon İcra Hakimiyyəti, Poçt Haqqında Qanun və “Azərpoçt” MMC-nin əmr və sərəncamları əsasında qurur.

Hazırda, Qovşaq Ramana-450 qəsəbəsində və ətraf ərazidə yaşayan 8000 nəfərdən çox əhaliyə Colvir, KÖMİS və SmartPay sistemləri vasitəsilə ənənəvi poçt rabitəsi xidməti, ölkədaxili pul köçürmələri, avtomobillərin icbari sığortası, ipoteka və digər bank kreditlərinin yığımı, telefon abunə və danışıq haqlarının yığımı, kommunal və bütün növ büdcə ödənişlərinin qəbulu xidmətlərini göstərir.

Şuşa Rayon Rabitə Qovşağı

Azərbaycan, Bakı, Sabunçu r, Ramana-450 , AZ5800
     Tel: 012 458 46 86

Keçidlər