Milli Qəhrəmanlar
Qəmbərov Ramiz Bulud oğlu - Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1962 -1992)
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o, dünyasını dəyişmişdir.
- Atası: Qəmbərov Bulud Bayramqulu oğlu Bakı şəhərində vəfat etmişdir.
- Anası: Qəmbərova Səkinə Bəhrəm qızı 1936 – cı ildə anadan olmuşdur. Bakı şəhəri, Yeni Yasamal – 1, ev 14, mənzil 185 ünvanında qeydiyyatdadır. Milli Qəhrəman anası olduğuna görə həmin ev dövlət tərəfindən ona verilmişdir. Ancaq həmin evdə başqa məcburi köçkün ailəsi məskunlaşdığına görə faktiki olaraq Bakı şəhəri, Yeni Yasamal - 1, ev 14, mənzil 148-də yaşayır.
Milli Qəhrəman Ramiz Qəmbərov ailəli olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Teymurov Rizvan Rəhman oğlu – Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1967-1991)
Teymurov Rizvan Rəhman oğlu 1962 - ci il 16 aprel tarixində Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. Şuşa Rayon Polis şöbəsində polis nəfəri kimi çalışmışdır. 1991-ci ilin dekabr ayının 9-da Əsgəran rayonunun Kərkicahan kəndində gedən döyüşlərdə həlak olmuşdur.
- Atası: Teymurov Rəhman Heydər oğlu 1937 – ci ildə anadan olmuş, 2013 – cü ildə Bakı şəhərində vəfat etmişdir.
- Anası: Teymurova Zərifə Rəhim qızı 1937 – ci ildə anadan olmuş, 2012 – ci ildə Bakı şəhərində vəfat etmişdir.
Temurov Rizvan ailəli olmamışdır.
Teymurov Rizvanın valideyinlərinin daimi qeydiyyatda olduqları Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi - 54 ünvanındakı 57 saylı mənzil Daxili İşlər Nazirliyinin qərarı ilə onlara verilmişdir.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 – ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Hüseynov Sadıq Dayandur oğlu - Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1961-1992)
Hüseynov Sadiq Dayandur oğlu – 29.08.1961 – ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. 29.03.1992 - ci ildə Qarabağ müharibəsi zamanı yaralanmış, 13.04.1992 – ci ildə vəfat etmişdir.
- Atası: Hüseynov Dayandur Əmirxan oğlu 1998 – ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində vəfat etmişdir.
- Anası: Hüseynova Qönçə Nağı qızı 2006 – cı ildə Ağcabədi rayonunda vəfat etmişdir.
- Həyat yoldaşı: Bəşirova Nəzakət Sabir qızı 1972 – ci il sentyabrın 7 – də anadan olmuşdur. 28 dekabr 1992 –ci ildə ailə qurub və bir övladı var. ( 22 yaşlı qızı var)
Hal – hazırda Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi 17 B №-li ünvanda qeydiyyatdadir.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 - ci il tarixli fərmanı ilə Hüseynov Sadiq Dayandur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Məmmədov Nizami Murad oğlu - Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1958-1992)
Məmmədov Nizami Murad oğlu 12.01.1958 - ci ildə Xankəndində anadan olmuşdur. 1990 – cı ildə Şuşa Rayon Polis İdarəsində növbətçi hissədə polis serjanti işləmişdir. Qarabağ müharibəsi zamanı döyüşlərin birində həlak olmuşdur.
- Atası: Məmmədov Murad Musa oğlu 1938 – ci ildə Şuşa rayonunun Şırlan kəndində anadan olmuş, 2002 – ci ildə Bakı şəhərində vəfat etmişdir.
- Anası: Səmədova Xanış İsmayıl qızı 1937 – ci ildə Şırlan kəndində anadan olmuşdur. Hal - hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev – 2, mənzil 28 – də yaşayır.
- Həyat yoldaşı: Məmmədova Qönçə Şura qızı 27.03.1959 - cu ildə anadan olmuşdur. 1984-86-87ci il təvəllüdlü 3 övladı var. Məmmədov Nizami Murad oğlunun həyat yoldaşı hal-hazırda qaynı Məmmədova Rövşən Murad oğlunun 5 – nəfər ailə üzvü ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev - 2, mənzil 28-də yaşayırlar.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 – ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.