İnzibati xətalarla bağlı
Şuşa rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
S İ Y A H I S I
1.1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1., 40.0.3., 44, 57.3., 59.2., 154.1., 154.3., 168, 189.2., 319.1., 320.1., 393, 395-ci maddənin qeyd hissəsində, 396, 397, 400, 454, 455.2., 469.1., 516.0.2., 531.1., 531.2., 587, 603.1., 608.1. maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan şəxslər aşağıdakılar müəyyən edilsin:
- Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Fətəliyeva Vüsalə Mustafa qızı
- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Bağırova Ülviyyə Feyzulla qızı
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Şuşa rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
S İ Y A H I S I
Şuşa Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Şuşa RİH başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Bağırova Ülviyyə Feyzulla qızı, başçının 11 inzibati ərazi vahidi üzrə nümayəndələri;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Fətəliyeva Vüsalə Mustafa qızı;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Fətəliyeva Vüsalə Mustafa qızı, RİH başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Kazımov Qalib Elxan oğlu, başçının 11 inzibati ərazi vahidi üzrə nümayəndələri;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451 və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fətəliyeva Vüsalə Mustafa qızı, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Səmədov Hidayət Aydın oğlu;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş xətalar haqqında işlər üzrə başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fətəliyeva Vüsalə Mustafa qızı.






