Şriftin ölçüsü :

Saytın rəngi :

02 oktyabr 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirmişdir

02 oktyabr 2026 | 16:03
 
02 oktyabr 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şuşa Rayon Xəlfəli kənd Uşaq Musiqi məktəbində Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirmişdir. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Prezident cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri haqqında danışmış, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Şanlı Qələbəmizin 6-cı ilində Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən etibarədən şəhid ailələri və qazilərin, müxtəlif rayonlarda Şəhidlər Xiyabanlarının ziyarət olunduğunu, şəhidlərimizin əziz xatirələrinin yad edildiyini qeyd edən RİH başçısı qədirbilən xalqımızın şəhidlərimizi heç vaxt unutmayacağını bildirmişdir. RİH başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Keçidlər