Şriftin ölçüsü :

Saytın rəngi :

04 aprel 2024-cü il tarixdə Ağdaş rayonu, Pirkəkə kənd tam orta məktəbində keçirilən görüşdə rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib

04 aprel 2024 | 15:54

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə növbəti səyyar qəbul keçirib. 04 aprel 2024-cü il tarixdə Ağdaş rayonu, Pirkəkə kənd tam orta məktəbində keçirilən görüşdə rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib. Bayram Səfərov Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşmasının, hadisələri düzgün qiymətləndirmək qabiliyyətinin həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biri olduğunu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıtdığını diqqətə çatdırdı.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verib.

Keçidlər