04 aprel 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
04 aprel 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötdüyünü, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq keçirilmiş hərbi əməliyyat zamanı qazanılmış qələbənin Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdiyini, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı böyük Zəfərin başlanğıcı olan Aprel döyüşlərinin xalqımızın müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan minlərlə vətənpərvər, igid oğullar yetişdirdiyininin baris göstəricisi olduğunu bildirdi. Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, ocümlədən Şuşa şəhərində aparılan tikinti- quruculuq işləri, həmçinin ölkəmizin sosial – iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi , səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.