04 sentyabr 2025-ci il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi
04 sentyabr 2025 | 15:31
04 sentyabr 2025-ci il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi. Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qarabağda aparılan nəhəng quruculuq işləri barədə danışdı, Şuşa əhalisinin “Böyük Qayıdış” planına uyğun olaraq öz doğma torpaqlarına mərhələli şəkildə köçürülməsinin davam etdiriləcəyini bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll etdi, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürdü.






