Şriftin ölçüsü :

Saytın rəngi :

05.06.2026-cı il tarixində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbiri keçirilib

05 iyun 2026 | 17:24

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 25.06.2025-tarixli 637 saylı Sərəncamının 8.5.1 və 8.5.2 bəndlərinə əsasən tədbir keçirilmişdir.

05.06.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlər keçirilmiş, görüşlərdə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatlar hazırlanmış və görüş iştirakçılarının nəzərinə çatdırılmışdır. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, RİH-in məsul işçiləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, QHT sədrləri və digər əlaqədar şəxslər iştirak etmişdir.

Tədbirdə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilmiş, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər