Şriftin ölçüsü :

Saytın rəngi :

07 noyabr 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən Bakı şəhəri 336 saylı tam orta məktəbdə keçirildi Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş keçirildi

07 noyabr 2024 | 15:36

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 07 noyabr 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən Bakı şəhəri 336 saylı tam orta məktəbdə keçirildi. Səyyar görüşdə “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər