Şriftin ölçüsü :

Saytın rəngi :

09 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, “Buzovna qəbirstanlığı”nda dəfn olunmuş II Qarabağ müharibəsi şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir

09 iyul 2024 | 16:06

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Hidayət Səmədov iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Allahverdi Əli oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Mərasimdə şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər