Şriftin ölçüsü :

Saytın rəngi :

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” milli varlığımızın qorunması və gələcəyə daşıması baxımından strateji əhəmiyyət daşıyan bir gündür

31 iyul 2026 | 17:55

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin binasında Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxanın şöbə müdiri Könül Bəşirova açaraq qonaqları salamlamış, bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruduğumuzu vurğulamış, dərin tarixi kökləri olan öz dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik etmiş, Azərbaycan xalqının əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qaldığını, bu gözəl günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirmişdir. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında danışmış, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləmişdir.
Qeyd olunmuşdur ki, “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” milli varlığımızın qorunması və gələcəyə daşıması baxımından strateji əhəmiyyət daşıyan bir gündür. Bu tarix Azərbaycan xalqının ana dilinə verdiyi dəyərin, dil uğrunda göstərilən fədakarlığın rəmzidir. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla 1 Avqust tarixi dövlət səviyyəsində rəsmiləşdirilmişdir. Latın qrafikasına keçid sadəcə texniki dəyişiklik deyil, milli özümüzə dönüş idi.

Keçidlər