Şriftin ölçüsü :

Saytın rəngi :

10 aprel 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

10 aprel 2025 | 17:11
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Ölkə rəhbəri icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 60 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 10 aprel tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərlə ev sahibliyi etdiyini bildirən Bayram Səfərov aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda iştirakı və səsləndirdiyi fikirlər, Ermənistanla mümkün sülh sazişinin şərtləri və regionda gələcək əməkdaşlıq imkanları barədə məlumat verdi. Rayon rəhbəri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.
Keçidlər