10 mart 2026-cı il tarixdə Sumqayıt şəhərində məskunlaşmış Şuşa rayon əhalisi ilə Sumqayıt şəhər Mədəniyyət evində Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
10 mart 2026 | 17:33
10 mart 2026-cı il tarixdə Sumqayıt şəhərində məskunlaşmış Şuşa rayon əhalisi ilə Sumqayıt şəhər Mədəniyyət evində Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq qarşıdan gələn, xalqımızın mədəni və mənəvi zənginliyinin, bolluğun, bərəkətin və yazın təcəssümü olan Novruz bayramı münasibətilə görüşdə iştirak edən rayon sakinlərini təbrik etdi. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri, həmçinin ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı müraciət edən rayon sakinlərini diqqətlə dinlədi, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, lazımi məsləhətlər verdi, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.






