Son zəng
2014-2015-ci dərs ilində Şuşa rayon ümumtəhsil məktəblərinin XI siniflərini 139 məzun bitirir. Onlardan 108 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermişdir.
Rayonun ümumtəhsil məktəblərində ənənəvi olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramını yüksək səvviyyədə , bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
Keçirilən tədbirlərdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini , Təhsil Şöbəsinin müdiri, məsul işçiləri iştirak etmişdilər. Belə ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev iştirak edərək məktəbi bitirən məzunları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar , eyni zamanda ali məktəbə qəbul olmağı arzuladılar. Müəllimlər, valideynlər də onbirinciləri təbrik etdilər, məzunlar və birincilər isə öz məharətlərini göstərdilər.
İl ərzində keçirilən müsabiqələrdə fəal iştirak edən şagirdlər Fəxri Fərmanla təltif olunmuşlar. Həmin Fəxri Fərmanlar “Son zəng “tədbirində təhsil şöbəsinin məsul işçiləri və məktəb rəhbərləri tərəfindən təntənəli şəkildə şagirdlərə təqdim olunmuşdur.
Tədbirlər məktəblilərin müsiqili –bədii çıxışları ilə davam etmişdir.