Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəxlaxlq Müdafiəsi Günü

01 iyun 2015 | 15:00

Hər il dünyanın müxtəlif ölkələrində olduğu kimi Uşaqların Beynəxlaxlq Müdafiəsi Günü respublikamızın rayon, qəsəbə və kəndlərində qeyd olunur. Belə tədbirlərdən biri də Şuşa Rayon Mədəniyyət və turizm şöbəsi, Rayon Mədəniyyət evi və Uşaq Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Konsert proqramında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon idarə və müəssisə rəhbərləri, məktəblilər, ictimaiyyət nümayəndələri və valideynləri iştirak etmişlər. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə keçirilmə tarixindən, uşaqlara göstərilən dövlət qayğısından danışmışdır. Tədbirdə istedadlı məktəblilər öz məharətlərini göstərmiş, 2 №-li məktəbin idtidai sinif şagirdlərin uşaqlarından ibarət tamaşalar oynamış, musigi məktəblərinin şagirdləri marağlı proqramlarla çıxışlar etmişlər.

Keçidlər