Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq Birinciliyi”

27 may 2017 | 15:00

25 May 2015-ci il tarixdə “Şağan İdman Kompleks”ində 2000, 2001 və 2002-ci il təvəllüdlü idmançıların iştirakı ilə Cudo növü üzrə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Şuşa rayon Uşaq Gənclər və İdman məktəbinin təşkilatçılığı ilə Şuşa rayon “Açıq Birinciliyi” keçirildi. Yarışda 18 klub və 850 idmançı heyəti iştirak etmişdir. Yarışın açılışı Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, Humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, aparatın məsul işçiləri, Şuşa rayonu Uşaq Gənclər İdman məktəbinin direktoru, Şuşa rayon YAP gənclər birliyinin sədri Yapon Hacıyev, Qarabağ İcmasının əməkdaşları və digər qonağlarla birgə yarış açıq elan olunmuşdur. Yarışda Şuşa rayonu Uşaq və Gənclər idman məktəbinin Cudo üzrə idmançılarından üçü I yer, ikisi II yer və biri III yerə layiq görüldülər. Bunlar Məmmədov Kərim çəkisi 73 kiloqram olan I yer, Məmmədov Azər çəkisi 34 kiloqram olan I yer, Əhmədov İbrahim çəkisi 55 kiloqram olan I yer, Həmidov İbrahim çəkisi 55 kiloqram olan II yer, Əhədli Rəşad çəkisi 46 kiloqram olan II yer, Şahsuvarlı Şəhriyar çəkisi 46 kiloqram olan III yerə layiq görülmüşdür. Komandaya məşgçiliyi Şümşad Bəhrəmov etmişdir.

Keçidlər