Şriftin ölçüsü :

Saytın rəngi :

"Məişət zorakılığının qarşısının alınması, qadınların sosial müdafiəsi və məşğulluq problemləri” mövzusunda tədbir.

30 iyun 2015 | 15:00

 

2015-ci il iyun ayının 30-da Şuşa Rayon İcra Hakimyyəti, rayon Məşğulluq Mərkəzi və rayon Qadınlar Şurası ”Məişət zorakılığının qarşısının alınması, qadınların sosial müdafiəsi və məşğulluq problemləri” mövzusunda Elektron Hökumət Təlim-Tədris Mərkəzində tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva açmışdır. V. Fətəliyeva “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən danışmış, adıçəkilən qanunun tətbiqi ilə bağlı rayon üzrə yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması monitorinq qrupunun fəaliyyətindən ətraflı söhbət açmışdır.

Sonra mövzu ilə bağlı rayon Məşğulluq Mərkəzinin direktou vəzifəsini icra edən, rayon Qadınlar Şurası sədrinin müavini Vəsilə Xəlilova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, “XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmiraslanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Siyasət şöbəsinin əməkdaşı, məişət zorakılığı üzrə ekspert Nəzakət Balabəyli, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Məmmədova, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, QHT rəhbəri, müstəqil ekspert Nailə İsmayılova, gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə rayon üzrə yaradılan monitorinq qrupunun üzvləri - Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva, Humanitar Kollecin direktor müavini Könül Hüseynova çıxış etmişlər. Onlar öz çıxışlarında məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmadan söhbət açmışlar.

Respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon əhalisi ilə də canlı bağlantılar olmuş, bu sahədə onlarla da söhbət və müzakirələr aparılmışdır. Məcburi köçkünlərdən: - Gəncə şəhərində məskunlaşan Fəridə Mustafayeva, Mingəçevir şəhərində məskunlaşan Məhsəti Xudaverdiyeva, Qəbələ rayonunda məskunlaşan Nəcibə Bayramova, Simuzər xanım, Bərdə rayonunda məskunlaşan Əzizə Hüseynova canlı bağlantı vasitəsilə öz urək sözlərini, arzu və istəklərini bildirmişlər.

Tədbirin sonunda məişət zorakılığının qarşısının alınması haqqında videoçarx nümayiş etdirilmişdir.

Keçidlər