Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 10-da Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə mövsümə yekun vurmuşdur.
Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, tərtibatçısı Orxan Kərimov, rəqslərin tərtibatçısı Pedram Nazeradli, quruluşçu rəssamı Xaliq Cabbarov olan tamaşada rolları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa etmişlər.
Tamaşadan əvvəl çıxışlar olmuşdur. Şuşa Dövlət Musiqili Dram Teatrının tarixindən və fəaliyyətindən danışan Şuşa Rayon İcra Hakimiyyəti başçısın müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva şuşa teatrını təbrik etmiş, bu günki nailiyyətlərini yüksək qiymətləndirmişdir. Şuşa Rayon İcra Hakimiyyəti adından Azərsun Holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Səfərov Afiq Mikayıl oğluna rayonun mədəni həyatında fəal iştirakına görə Fəxri Fərman təqdim olunmuşdur. Tamaşa izləyənlərin böyük marağına səbəb olmuşdur.