11.09.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Cəlilabad rayonu, Uzuntəpə kəndində məskunlaşmış Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi
11 sentyabr 2026 | 17:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Eyni zamanda ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 60 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 11.09.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Cəlilabad rayonu, Uzuntəpə kəndində məskunlaşmış Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstericisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
Qarşıdan gələn Dövlət Suverenliyi Günü münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Şuşa rayon sakinlərini təbrik edən RİH başçısı bu günün əhəmiyyəti haqqında ətraflı danışdı. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşları diqqətlə dinləyərək onların qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirdi. Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.






