Şriftin ölçüsü :

Saytın rəngi :

Yol mədəniyyəti və yol təhlükəsizliyi ilə bağlı Xankəndi 4 saylı orta məktəbdə tədbir keçirilmişdir.

14 avqust 2015 | 15:00

 

Yol mədəniyyətinin və yol təhlükəsizliyinin artırılması məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyəti və “Həyat” Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə Ramana -450 qəsəbəsində yerləşən Xankəndi 4 saylı orta məktəbdə tədbir keçirilmişdir.Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev , İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mahmudov, Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Həyat Beynəlxalq Humanitar Təşkilatının rəhbəri Zəminə Səfərova, 46 № -Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin təşkilatçı - müəllimi Tahirə Həsənova rayonun müxtəlif kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, məktəb direktorları , yuxarı sinif şagirdləri iştirak etmişlər.

Həyat Beynəlxalq Təşkilatı Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə orada təhsil alan uşaqların bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarət olan layihə çərçivəsində bir sıra mühüm işlər artıq yerinə yetirilmişdir. Xankəndi 4 saylı orta məktəbdə baş tutan tədbirdə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hansı işlərin görülməli olduğu müzakirə mövzusu olmuşdur. Tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

Tədbirin yekununda yol hərəkətinin əsas iştirakçılarının vəzifələri, yol təhlükəsizliyinin müxtəlif aspektlərinə, xüsusilə də uşaqlar, piyadalar və sürücülər üçün nəzərdə tutulmuş sual-cavablara həsr olunmuş bukletlər, sürət həddinin gözlənilməsini, piyada keçidindən, təhlükəsizlik kəmərindən və yol hərəkətinin iştirakçısı olaraq digər təhlükəsizlik elementlərindən istifadəni təbliğ və təşviq edən mövzularda posterlər və “Biz yol hərəkəti qaydaları barədə nə bilirik?” adlı tədris vəsaiti tədbir iştirakçılarına paylanmışdır.

Keçidlər