Şriftin ölçüsü :

Saytın rəngi :

11.10.2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Binəqədi rayonu, Fatmayı qəsəbəsi, “Rabitəçi” sanatoriyasında yerləşən Şuşa rayon 9 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi

11 oktyabr 2024 | 17:16
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada apardığı uğurlu siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş, icra edilməkdə olan böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. “Böyük Qayıdış” planına əsasən əhalinin öz doğma torpaqlarına köçürülməsinin davam etdirilməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər