Səs ver, gələcəyinin formalaşmasında iştirak et
15 oktyabr 2015-ci ildə Şuşa Rayon Gənclər və İdman İdarəsinin və 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən "Şuşa Humanitar Kolleci"ndə ilk dəfə səsverən gənclərlə "Səs ver-gələcəyinin formalaşmasında iştirak et" layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan kollecin direktoru Rəsul İsmayılov iştirakçıları salamlamış və qonaqları təqdim edərək tədbiri açıq elan etmişdir. Tədbirdə iştirak edən 124 saylı DSK-nın sədri Vahid Abbasov 1 Noyabr Milli Məclisə seçkilər barədə ümumi məlumat vermiş, seçki qanunvericiliyi, seçkilərdə seçicilərin hüquq və vəzifələrindən danışmış və gəncləri 1 Noyabr seçkilərində iştirak etməyə dəvət etmişdir. Tədbirin təşəbbüskarı, Şuşa Rayon Gənclər və İdman İdarəsinin Rəisi Nadir Bayramov gəncləri salamlamış, demokratik cəmiyyətin formalaşmasında seçkilərin rolu və gənclərin ölkənin ictimai-siyasi həyatındakı yerindən söhbət açmış və gəncləri Milli Məclis seçkilərində mütəşəkkil şəkildə iştirak edəcəklərinə inandığını söyləmişdir. Daha sonra YAP Gənclər Birliyinin Şuşa Rayon Təşkilatının sədri Yapon Hacıyev də gəncləri seçkilərə səsləmiş və gənclərin seçkilərdə aktiv iştirak etmələrinin vacibliyini qeyd etmişdir. Görüş gənclərin ruh yüksəkliyi ilə başa çatmışdır.