Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa məhəllələri arasında “Məhəllə Futbolu” yarışı keçirilmişdir.

23 avqust 2015 | 15:00

20-23 avqust 2015-ci il tarixlərində Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin və Şuşa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şuşa məhəllələri arasında “Məhəllə Futbolu” yarışı keçirilmişdir. Yarış Bakı şəhər Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən,  Şuşa şəhər 3 saylı orta məktəbin stadionunda keçirilmişdir. Yarışda 4 məhəllənin - “Mamayı”, “Çöl-Qala”, “Çuxur”  və  “Saatlı” məhəllələrinin komandaları iştirak etmişdir. Yarışın son günü nəticələrə əsasən 1-ci yeri “Saatlı”, 2-ci yeri “Çöl-Qala”, 3-cü yeri “Mamayı” və 4-cü yeri  “Çuxur məhəllə”  komandaları tutmuş və müvafiq olaraq kubok, diplom, idman geyim dəsti, futbol topu və s. hədiyyələrlə mükafatlandırılmışlar.
İdman tədbirində Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, idarənin baş məsləhətçisi Xəlilağa Əlizadə, Şuşa rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Yapon Hacıyev, Şuşa şəhər 3 saylı orta məktəbin direktoru Elmira Ələkbərova iştirak etmişdirlər.

Keçidlər