Şriftin ölçüsü :

Saytın rəngi :

"Sənin səsin - sənin gələcəyin"

13 oktyabr 2015 | 15:00

13 oktyabr 2015-ci ildə Şuşa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nərimanov Rayonunda yerləşən "Şuşa Musiqi Kolleci"ndə ilk dəfə səsverən gənclərlə "Sənin səsin - sənin gələcəyin" devizi altında görüş keçirilmişdir. Görüşdə ilk dəfə səsverən gənclərə  Azərbaycanda seçkilərin tarixi, seçkinin mahiyyəti, keçirilmə qaydaları, demokratik cəmiyyətdə seçkinin rolu və seçki qanunvericiliyi haqqında geniş məlumat verilmişdir. Tədbirdə 50 nəfərə yaxın ilk dəfə səsverən gənc iştirak etmiş və gənclər tərəfindən onları maraqlandıran məsələlər barədə suallar verilmiş və sualları cavablandırılmışdr. Tədbirdə Şuşa Musiqi Kollecinin direktoru Rasim Mehdiyev, Şuşa Rayon Gənclər və İdman İdarəsinin Rəisi Nadir Bayramov, İdarənin Baş Məsləhətçisi Xəlilağa Əlizadə və YAP Gənclər Birliyinin Şuşa Rayon Təşkilatının Sədri Yapon Hacıyev iştirak etmişdir.

Keçidlər