12 aprel 2026-cı il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrının dəyərli aktyoru, Əməkdar artist Nazir Rüstəmov yubiley yaşını qeyd etdi
12 aprel 2026 | 17:57
12 aprel 2026-cı il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrının dəyərli aktyoru, Əməkdar artist Nazir Rüstəmov yubiley yaşını qeyd etdi. Bu münasibətlə Şuşa Teatrında yubilyarın quruluşçu rejissoru olduğu və əsas rollardan birini ifa etdiyi Zemfira Məhərrəmlinin “Ümid işığı” tamaşası oynanıldı.
Tədbirdə Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.
Çıxış edənlər – Şuşa Teatrının aktyoru, əməkdar artist Teymur Məmmədov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, əməkdar artist, professor Azad Şükürov, Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qabil Kazımov, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrı direktorunun vəzifə səlahiyyətlərini icra edən Azad Məmmədov, əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Zemfira Məhərrəmli, Şuşa Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir və başqaları çıxış edərək yubilyara yaradıcılıq uğurları arzuladılar.
Teymur Məmmədov Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin təbrik məktubunu oxudu.
Nazir Rüstəmov Azərbaycan Teatr Xadimləri İttifaqının “Təbrik teleqramı” və “Teatr fədaisi” medalı, teatr rəhbərliyinin "Fəxri fərmanı" Şuşa Dövlət Musiqili Dram Teatrının Həmkarlar İttifaqı Komitəsinin “Fəxri diplomu”, eləcə də Şuşa Rayon İcra Hakimiyyətinin “Təşəkkürnaməsi” ilə təltif olundu.
Sonda Nazir Rüstəmov tamaşaçılara və qonaqlara dərin təşəkkürünü bildirdi.






