Şriftin ölçüsü :

Saytın rəngi :

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Müasir gənclərin istək və fikirləri”, Erkən nikahlar, hüquqi aspektlər və praktik problemlər” mövzularında tədbir keçirilib

12 avqust 2026 | 16:00

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Müasir gənclərin istək və fikirləri”, Erkən nikahlar, hüquqi aspektlər və praktik problemlər” mövzularında tədbir keçirilib

Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun, Şuşa UGİM-in və YAP Şuşa Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Şuşa UGİM-də keçirilib. Tədbirdə gənc idmançılar, məşqçilər və gənclərlə iş sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edən Uşaq hüquqların müdafiəsi üzrə komissiyanın üzvləri və müəllimlər qeyd etdilər ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir, ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrəsi ilə məhdudlaşdırır. Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır
Tədbirin əsas məqsədi gənclərin fikir və təşəbbüslərinin dinlənilməsi, onların qarşılaşdıqları məsələlərin müzakirə olunması, gələcək gözləntilərinin öyrənilməsi və gənclərin ictimai həyatda fəal iştirakının təşviq edilməsindən ibarət olub.
Tədbir zamanı müasir gənclərin istək və fikirləri dinlənilib, onların maraq dairələri, təhsil, idman, şəxsi inkişaf, asudə vaxtın səmərəli təşkili və müxtəlif sahələrdə qarşılaşdıqları məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Gənclərin irəli sürdükləri təklif və təşəbbüslər dinlənilərək onların gələcək fəaliyyətləri ilə bağlı fikir və tövsiyələr bölüşülüb.
Çıxışlarda gənclərin ölkənin ictimai-siyasi, sosial, mədəni və idman həyatında fəal rolunun əhəmiyyəti vurğulanıb, sağlam və vətənpərvər gənc nəslin formalaşdırılmasının vacibliyindən bəhs edilib.
Sonda tədbir iştirakçılarına göstərdikləri fəallığa görə təşəkkür bildirilib və gənclərin qarşıdakı fəaliyyətlərində uğurlar arzulanıb.

Keçidlər