12 dekabr 2024-cü il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi
12 dekabr 2024-cü il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi. Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qarabağda aparılan nəhəng quruculuq işləri barədə danışdı, Şuşa əhalisinin “Böyük Qayıdış” planına uyğun olaraq öz doğma torpaqlarına mərhələli şəkildə köçürülməsinin davam etdirildiyini bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb.