12 noyabr 2026-cı il tarixdə Şuşa Mədəniyyət Evində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
12 noyabr 2026 | 17:14
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda mütəmadi olaraq səyyar görüşlər keçirir.
12 noyabr 2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində yerləşən Şuşa Mədəniyyət Evində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapmışdır. Görüş zamanı rəqəmsallaşma, mygov tətbiqindən istifadəyə vaxt ayrıldı. Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınmış və onların aidiyyəti qurumlara yönəldilməsi istiqamətində zəruri addımlar atılacaqdır.






