Şriftin ölçüsü :

Saytın rəngi :

12 sentyabr 2025-ci il tarixdə Yasamal rayonunda yerləşən Bakı şəhəri 336 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun rayon əhalisi ilə səyyar görüşü keçirildi

12 sentyabr 2025 | 15:29
Vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 12 sentyabr 2025-ci il tarixdə Yasamal rayonunda yerləşən Bakı şəhəri 336 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun rayon əhalisi ilə səyyar görüşü keçirildi. Səyyar görüşdə “Böyük Qayıdış” planına əsasən əhalinin öz doğma torpaqlarına köçürülməsi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpasının sürətlə davam etdirilməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün nəzarətə götürüldü.
 
 
 
 
 
 
Keçidlər