Şriftin ölçüsü :

Saytın rəngi :

Səs ver, gələcəyinin formalaşmasında iştirak et

19 oktyabr 2015 | 15:00
19 oktyabr 2015-ci ildə 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının və Şuşa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şuşa rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ramana-450 qəsəbəsində ilk dəfə səsverən gənclər və seçkidə iştirak edəcək digər sakinlərlə görüş keçirilmişdir. Görüşdə 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının Sədri Vahid Abbasov, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, YAP Gənclər Birliyi Şuşa Rayon Təşkilatının sədri Yapon Hacıyev,  124 saylı DSK-nın əməkdaşı İsrafil Əliyev çıxış edərək seçicilərə seçkilərin keçirilmə qaydaları, seçki qanunvericiliyi və Müstəqil Azərbaycanda keçirilmiş Prezident seçkiləri, Referendumlar və Milli Məclisə keçirilən seçkilər haqda statistik məlumatlar verilmişlər.

 

Keçidlər