Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinə start verilmişdir.

21 oktyabr 2015 | 15:00

21 oktyabr 2015-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinə start verilmişdir. Turnirdə həmçinin Şuşa rayonunun da komandası iştirak etmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004-2005-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülqasım Novruzov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında yarış iştirakçılarını salamlamış, yarış iştirakçılarını bayram münasibətilə təbrik etmiş, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin son illər respublikada futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsi kimi bir çox məktəblərin nəzdində süni ot örtüyü ilə döşənmiş mini-futbol meydançalarının yüksək səviyyədə tikilib istifadəyə verilməsini bildirmiş, iştirakçı komandalara müvəffəqiyyətlər arzulamışlar. Sonra Nərimanov və Şuşa rayonlarının komandalarının oyunu ilə turnirə start verilmişdir.

Keçidlər