Şriftin ölçüsü :

Saytın rəngi :

22 oktyabr 2015-ci il tarixdə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı orta məktəbdə rayon çempionatının final mərhələsi qeyd olunmuşdur.

26 oktyabr 2015 | 16:00

22 oktyabr 2015-ci il tarixdə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı orta məktəbdə  Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən "18 Oktyabr Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş 09 oktyabr 2015-ci il tarixdə start verilmiş rayon çempionatının final mərhələsi qeyd olunmuşdur. 7 məktəbin komandasının iştirak etdiyi yarışda I yeri Şuşa şəhər 1 saylı orta məktəbin komandası, II yeri Şuşa rayon Uşaq Gənclər İdman Məktəbinin komandası, III yeri isə Xankəndi şəhər 4 saylı orta məktəbin komandası tutmuşlar. Sonda qaliblərə kubok, diplom və digər hədiyyələr təqdim edilmişdir.
Tədbirdə Şuşa RİH Başçısının Humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və digər rəsmi şəxslər iştirak etmişdir.

Keçidlər