Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə Şuşa rayon birinciliyi

13 noyabr 2015 | 16:00

12 noyabr 2015-ci il tarixdə Şuşa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən Şuşa 1 saylı tam orta məktəbdə “12 noyabr Konstitusiya Günü” münasibətilə məktəblilər arasında Şahmat üzrə Şuşa rayon birinciliyi keçirilmişdir. Yarışda 20 məktəbli arasında gedən gərgin mübarizə nəticəsində, 1-ci və 2-ci yerlərə Malıbəyli kənd 1 saylı tam orta məktəbin şagirdləri, 3-cü yerə isə Quşçular kənd tam orta məkəbin şagirdi layiq görülmüşdür . Sonda qaliblərə diplom, medal və digər hədiyyələr təqdim edilmişdir.

         Tədbirdə Şuşa RİH başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Baş məsləhətçisi Salman Abdulov, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və digər rəsmi şəxslər iştirak etmişlər.​

Keçidlər