Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ili qeyd olundu

19 noyabr 2015 | 16:00

 

Tədbirə Milli Məclisin deputatı Elman Məmmədov, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının rəhbərləri, YAP fəalları, gənclər qatılmışdır.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahındakı büstünün önünə gül dəstələri düzmüşlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.

Partiyanın banisi ümummilli lider Heydər Əliyev haqqında videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev geniş məruzə ilə çıxış edərək partiyanın 23 il keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmışdır.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və Milli Məclisin deputatı Elman Məmmədov öz nitqlərində ölkədə hakim partiyaya çevrilən YAP-ın bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməsini qeyd etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə təbrik etdi. Cənab Bayram Səfərov öz çıxışında ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyat və fəaliyyətini Azərbaycan Respublikasının

Keçidlər