Şriftin ölçüsü :

Saytın rəngi :

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin üzvləri ilə görüş keçirilmişdir.

24 noyabr 2015 | 16:00

24 noyabr 2015-ci il tarixdə  “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin üzvləri ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovla İcmanın mərkəzi qərargahında görüş keçirilmişdir. Görüşdə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin sədri, müharibə veteranı Radə Abbas, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı” ictimai birliyinin sədri, abidəşünas  Faiq İsmayılov, ”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgərqızı  və tarixçi - etnoqraf Ramazan Hüseynov iştirak etmişlər.

Keçidlər