Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında növbəti Şura iclası keçirilmişdir.
25 noyabr 2015 | 16:00
25 noyabr 2015-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında növbəti Şura iclası keçirilmişdir. İclasda 4 məsələ gündəliyə çıxarılmış, müzakirə edilmişdir. Məsələlərlə bağlı Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva məruzə etmişlər. Məruzə ətrafında Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev, Sarıbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Quliyev, Baytarlıq idarəsinin rəisi İsrail Alxanov çıxış etmişlər. Hər məsələ ilə bağlı Qərar layihələri səsə qoyulmuş və qəbul edilmişdir.