13 iyun 2025-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
13 iyun 2025-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq qarşıdan gələn, Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Günü münasibətilə görüşdə iştirak edən əhalini təbrik etdi. RİH başçısı bildirdi ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etdi. Sonra Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan tikinti- quruculuq işləri, həmçinin ölkəmizin sosial – iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı müraciət edən rayon sakinlərini diqqətlə dinlədi, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, lazımi məsləhətlər verdi, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.