Şriftin ölçüsü :

Saytın rəngi :

28 noyabr 2015-ci il tarixində Hövsan Olimpiya İdman Kompleksində Cüdo idman növü üzrə Şuşa rayon açıq birinciliyi keçirilmişdir.

30 noyabr 2015 | 16:00

28 noyabr 2015-ci il tarixində Hövsan Olimpiya İdman Kompleksində Şuşa Rayon Gənclər və İdman İdarəsinin, Şuşa Rayon YAP Gənclər Birliyinin və Şuşa Rayon Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Cüdo idman növü üzrə Şuşa rayon açıq birinciliyi keçirilmişdir. Yarışda 19 klubdan olan 252 idmançı gücünü sınamışdır.
Tədbirdə Şuşa RİH başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Milli Məclisin üzvü Elman Məmmədov, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon YAP Gənclər birliyinin sədri Yapon Hacıyev və digər rəsmi şəxslər iştirak etmiş, iştirakçılara Heydər Əliyev dühasından, dövlətimizin, xüsusilə dövlət başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışmış və idmançılara uğurlar diləmişdirlər.
Sonda qaliblər medal, diplom və digər hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər