13.02.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Ağdam rayonu, Quzanlı qəsəbəsində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
13 fevral 2026 | 17:57
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə 13.02.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Ağdam rayonu, Quzanlı qəsəbəsində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizə çoxsaylı səfərlərindən, səfərlər çərçivəsində görülən işlərdən, Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir.






