Səyyar görüş-qəbulu.
2015-ci il dekabr ayının 3-də Şuşa Rayon İcra Hakimiyyəti başçısının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində məskunlaşan şuşalı vətəndaşlarla məktəbdə səyyar görüş-qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir, respublikada geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Dünyada iqtisadi böhran olduğu halda Azərbaycan dinamik inkişaf edir, yeni iş yerləri yaradılır, bütün sahələrdə uğurlu nəticələr əldə olunur.
Səyyar görüş-qəbulda vətəndaşlar ev, işlə təminat, ünvanlı sosial yardımların və şəhid ailələrinə imtiyazların verilməsi, həmin ərazidə hərəkət edən 114 saylı marşrut xəttindəki avtobusların sayının artırılması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov, Milli Məclisin deputatı Elman Məmmədov iştirak etmişdir.