Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsirlikdə olan abidələrimiz” layihəsinə start verildi

05 dekabr 2015 | 16:00

Bakı şəhəri A.Muradov adına 84№li tam orta məktəb “Əsirlikdə olan abidələrimiz” adlı layihəyə start verib. Layihə çərçivəsində ilk tədbir Şuşa rayon İcra hakimiyyətində keçirilib. Öncə məktəblilər Şuşanın mədəni –mənəvi sərvətlərindən bəhs edən kadrları izləyiblər. Tədbirdə Şuşa rayon İcra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının rəhbəri, Bayram Səfərov və digər məsul şəxslər iştirak ediblər. Tərbiri giriş sözü ilə açan B. Səfərov öz çıxışında məktəblilərlə keçirilən belə görüşlərinn önəmli olduğunu, bu layihənin ölkəmizin bütün məktəblərində tətbiq olunmasının vacibliyini qeyd edib. “Gənc nəslin vətənpərvərlik ruhunun daha da güclənməsində belə tədbirlərin tez-tez keçirilməsi, düşmən tapdağında olan torpaqlarımız haqqında ətraflı məlumatların verilməsi , eləcə də gəncliyimizin hərbi-vətənpərvərlik ruhunun formalaşması bizim üçün çox vacibdir”-deyə natiq bildirib. Sonra isə məktəbin direktoru, layihənin ideya müəlliifi Nəsimi Quliyev Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərova bu layihənin gerçəkləşməsi üçün yaradılan şərait üçün minnətdarlığını bildirib. O qeyd edib ki, Bakı şəhərinin digər məktəblərindən də artıq bu layihəyə qoşulanlar var. Və belə tərbirlərin tez-tez gerçəkləşdirilməsi nəzərdə tutulub. Tədbirin sonunda Şuşayla bağlı məktəblilərin sualları cavablandırılıb, xatirə şəkli çəkilib.

Keçidlər