Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yeni il şənliyi keçirilmişdir.

02 yanvar 2016 | 16:00

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 28 dekabr tarixində - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yeni il şənliyi keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, Rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şagird kollektivi, valideynlər və digər qonaqlar iştirak etmişlər.

Şuşa Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət və turizm şöbəsi, Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov çıxış edərək bütün şagirdləri qarşıdan gələn 2016 –cı il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə təbrik etmiş, onlara təhsildə müvəfəqiyyətlər arzulamışdır. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsindən danışan cənab başçı yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı . Şagirdlərin göstərdikləri səhnəciklər bütün tədbir iştirakçılarının alqışına səbəb oldu. Digər çıxış edənlər də öz ürək sözlərini söyləyərək hər kəsin bayramını təbrik etmişlər. Sonda tədbir iştirakçıları Yeni il yolkasının ətrafında Şaxta baba və Qar qızla birlikdə xatirə şəkilləri çəkdirmişlər.

Keçidlər