14 mart 2026-cı il tarixdə Şirvan şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
14 mart 2026 | 17:10
14 mart 2026-cı il tarixdə Şirvan şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, ocümlədən Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri, həmçinin ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.






