Şriftin ölçüsü :

Saytın rəngi :

"Şuşa Humanitar Kolleci"ndə “20 Yanvar Ümümxalq hüzn günü” münasibətilə anım tədbiri keşirilmişdir.

20 yanvar 2016 | 16:00

19 yanvar 2016-cı il tarixində Şuşa rayon Gənclər və İdman İdarəsinin və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən "Şuşa Humanitar Kolleci"ndə “20 Yanvar Ümümxalq hüzn günü” münasibətilə anım tədbiri keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Başçısının İctimai - siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov,  Humanitar Kollecin direktoru Rəsul İsmayılov və 20 Yanvar hadisələrinin canlı şahidi, hadisədə 5 güllə yarası almış Asif İbrahimov iştirak etmişlər.

Tədbir şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış və 20 Yanvar hadisələrinə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir. Daha sonra çıxış edən natiqlər, tələbələrə 20 yanvar hadisələri və həmin dövrdəki ictimai-siyasi vəziyyət haqda danışmış, məkrli erməni siyasətçilərinin və onlara himayədarlıq edən Sovet hakimiyyətinin vətənimizə qarşı törətdikləri cinayətlər haqda  geniş məlumat vermişdirlər. Həmçinin gənclərimizə Azərbaycançılıq, vətənpərvərlik və vətənə məhəbbət məfkurəsi ilə yaşamaq və fəaliyyət göstərmək tövsiyyə olunmuşdur.​

Keçidlər