Şriftin ölçüsü :

Saytın rəngi :

14.04.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhərsalma və memarlıq ili çərçivəsində Şuşa şəhərinin ICESCO-nun İrs Siyahısına daxil edilməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir

14 aprel 2026 | 17:33
14.04.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhərsalma və memarlıq ili çərçivəsində Şuşa şəhərinin ICESCO-nun İrs Siyahısına daxil edilməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Şuşa Humanitar Kollecdə keçirilən tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları çıxışlarında Azərbaycanın mədəniyyət beşiyi və incisi sayılan qədim Şuşa şəhərinin ICESCO-nun İrs Siyahısına daxil edilməsinin bu şəhərin tarixi-mədəni irsinə verilən yüksək dəyər kimi qiymətləndirmiş, son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yeni yaşayış məkanlarını müasir memarlıq düşüncəsinin, ekoloji tarazlığın və insan mərkəzli planlaşdırmanın uğurlu sintezi olduğunu diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, son illər Azərbaycanda, xüsusilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri strateji yanaşmanın mövcudluğunu aydın şəkildə nümayiş etdirir. Paytaxtın görkəminin yenilənməsi, müasir urban standartlarına uyğunlaşdırılması, eyni zamanda, tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. İstər paytaxtımızda, istərsə də bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb.
Diskussiya şəklində keçirilən tədbirdə tələbələr Şuşa şəhərinin tarixi memarlıq abidələri haqqında malik olduqları məlumatları qonaqların diqqətinə çatdırmış, onları maraqlandıran suallar Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əhatəli şəkildə cavablandırılmışdır.
Keçidlər