Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral Azərbaycan Gənclər Günü

02 fevral 2016 | 16:00

2 fevral 2016-cı il tarixində əsasən Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı Ramana450 qəsəbəsində Şuşa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov Gənclər Günü münasibətilə iştirakçıları təbrik etmiş, gənclər gününün təsis olunmasından, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söhbət açmış və gənclərimizi daha çalışqan və məsuliyyətli olmağa səsləmişdir. Daha sonra çıxış edən natiqlər – Şuşa Rayon YAP gənclər birliyinin sədri Yapon Hacıyev və Bakı Dövlət Universitetinin tələbəsi, Şuşalı gənc Pərviz Nəsibov da dövlət tərəfindən, xüsusilə də ölkə başçısı, prezident cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, Şuşalı gənclərin dövlət tərəfindən göstərilən etimada layiq olacaqlarını bildirmişdirlər. Sonda çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti Başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Vüsalə Fətəliyeva gənclərimizi təbrik edərək, onların qarşısında duran əsas vəzifələrdən, gənclərimizin vətənpərvər, qayğıkeş, savadlı vətəndaşlar kimi yetişib, vətənə və dövlətə layiqli övladlar olacaqlarından danışmışdır.
Tədbirdə təhsilində və rayonun mədəni-ictimai həyatında fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilmiş və rayonun mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı ilə tədbir davam etdirilmişdir.​

Keçidlər