Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat iclası

03 fevral 2016 | 16:00

2016-cı il fevral ayının 3-də saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivində yeni inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəbində Şuşa rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov, Milli məclisin deputatı Elman Məmmədov, RİH başçısı aparatının məsul işçiləri, kənd İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etdi. Hesabat yığıncağında Şuşa RİH başçısı Bayram Səfərovun hesabatı dinlənildi.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 2015-ci ildəki fəaliyyəti ilə bağlı Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov geniş məruzə etdi.

Şuşa RİH başçısı Bayram Səfərovun məruzəsi ətrafında Şuşa rayon Maliyyə şöbəsinin müdiri Böyükağa Əhmədov , Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev,Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Xanalı kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev çıxış etdi.

Daha sonra yerlərdə əyləşən tədbir iştirakçıları öz təkliflərini bildirdilər və səslənən təkliflərin, müraciətlərin müvafiq qaydada ümumiləşdirilib başçıya təqdim edilməsi məsul işçilərə tapşırıldı.

Milli məclisin deputatı Elman Məmmədov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağaəli Əhmədova söz verildi.

Yığıncağın qərar layihəsi təqdim edildi, səsə qoyuldu və qəbul edildi. Tədbirin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hazırlanmış müraciət oxundu, səsə qoyuldu və qəbul edildi. Tədbirin sonunda rayonun fərqlənən məsul işçilərinə RİH başçısı Bayram Səfərov tərəfindən Fəxrı Fərmanlar təqdim edildi.

Keçidlər