Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsgər papağı”

23 fevral 2016 | 16:00

“Əsgər papağı”

23 fevral 2016-cı il tarixdə Şuşa rayon İcra Hakimiyyəti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi “Azərsun Holdinq” Şirkətlər qrupunun Mədəniyyət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş Enurə Abdullayevanın müəllifi olduğu “Əsgər papağı” əsərinin təqdimat mərasimi keçirilmişdir.

Xocalı soyqırımında şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açmışdır. B. Səfərov bildirmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən faciəli hadisələrdən biri Qarabağın qədim yaşayış məskəni olan Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı olmuşdur. "Xocalıya ədalət" kampaniyası Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görüldüyü başçı tərəfindən diqqətə çatdırılmışdır. Beynəlxalq informasiya və təbliğat kampaniyası bir çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyada yayılmasına nail olmuş, ermənilərin törətdiyi bu vəhşi əməllər bəşəriyyətə qarşı cinayət kimi təbliğ edilmişdir. B. Səfərov BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda müxtəlif dövrlərdə əsl həqiqəti əks etdirən qətnamə və qərar qəbul olunduğunu xatırlatmış, lakin bütün beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistanın bu qətnamə və qərarlara əhəmiyyət vermədiyini diqqətə çatdırmışdır. Artıq sizlər də şahidisiniz ki, Xocalı faciəsi haqda nə qədər kinofilmlər çəkilir, kitablar nəşr olunur, faciəni əks etdirən foto sərgilər təşkil olunur, mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, konfranslar həyata keçirilir.

Tədbirdə “Azərsun Holdinq” Şirkətlər qrupunun əməkdaşı Afik Səfərov çıxış edərək Xocalı soyqırımı zamanı xalqımızın başına gətirilən ağır faciələrdən söz açmışdır.

Tədbir Enurə Abdullayevanın müəllifi olduğu “Əsgər papağı” adlı tamaşa ilə davam etmişdir. Müəllif Enurə Abdullayeva bu tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirmişdir.

Keçidlər